9-cu sinif şagirdindən uğurlu nəticə - FOTO

Hazırda oxunan: 9-cu sinif şagirdindən uğurlu nəticə - FOTO

618031

Bakı İstanbul Liseyinin 9-cu sinif şagirdi təhsilini fərqlənmə ilə başa vurub.

Bizim.Media “manset.az”a istinadla xəbər verir ki, Eyvazlı Ahu Akif qızı 9 illik ümumi orta təhsil pilləsini böyük müvəffəqiyyətlə tamamlayıb. Nümunəvi davranışı və yüksək göstəriciləri ilə seçilən Ahu Eyvazlı orta məktəbin 9-cu sinfini fərqlənmə attestatı (Qırmızı attestat) ilə bitirib.
 

Təhsil aldığı müddətdə dərslərinə qarşı nümayiş etdirdiyi məsuliyyət və intizam sayəsində müəllim kollektivinin və sinif yoldaşlarının rəğbətini qazanan şagird bu uğuru ilə həm ailəsini, həm də oxuduğu liseyi qürurlandırıb.


Qeyd edək ki, Bakı İstanbul Liseyinin rəhbərliyi və müəllim heyəti də Ahu Eyvazlını bu nailiyyəti münasibətilə təbrik edib, ona növbəti təhsil pillələrində və gələcək həyatında yeni uğurlar arzulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin