Sürücülərin NƏZƏRİNƏ – Bu hallarda sığorta ekspertinin gəlməsinə EHTİYAC YOXDUR

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ – Bu hallarda sığorta ekspertinin gəlməsinə EHTİYAC YOXDUR

618009

Məlum olduğu kimi, yol-nəqliyyat hadisələri baş verdikdə, sığorta ödənişinə görə zərərin qiymətləndirilməsi vacibdir. Bu qiymətləndirmə isə qəza törədən sürücünün avtomobilini sığorta etdirdiyi şirkət tərəfindən aparılır.

Təbii ki, bir çox hallarda sığorta şirkətinin nümayəndəsinin hadisə yerinə gəlməsi müəyyən vaxt aparır. Bu müddətdə isə yolda bəzi hallarda böyük tıxac yaranır.

Bəs, sığorta şirkətinin nümayəndəsi bütün hallarda hadisə yerinə gəlməyə məcburdurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, sığorta şirkətinin nümayəndəsi bir neçə halda hadisə yerinə getməyə bilər:
 

“Əgər avtoqəza zamanı həm qəza törədən, həm də zərərçəkən tərəfin birgə razılığı ilə hadisənin foto mənzərəsi yaradılırsa və həmin fotolar sığorta şirkətinin nümayəndəsinə göndərilirsə, bu zaman nümayəndənin hadisə yerinə getməsinə ehtiyac qalmır.


Digər hallar da var. Məsələn, çağırışların sayı çox olanda getməyə bilərlər. Yaxud a avtoqəza tıxaca səbəb olursa, avtomobillər Dövlət Yol Polisi əməkdaşının göstərişi ilə kənara çəkilə bilər və bu zaman sığorta şirkətinin nümayəndəsinin hadisə yerinə getməsinə lüzum qalmır. Belə vəziyyətdə DYP əməkdaşının yazdığı rəy əsas sayılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin