Bu gün “ər çörəyi” yeyənlərin bayramıdır

Hazırda oxunan: Bu gün “ər çörəyi” yeyənlərin bayramıdır

617963

8 İyun – Beynəlxalq Evdar Qadınlar Günüdür.

Bizim.Media xəbər verir ki, bu qeyri-rəsmi bayram ideyası Mexiko şəhərindəki Milli Qadınlar İnstitutundan qaynaqlanıb.

Belə ki, karyeralarını ailələrinin rifahı və rahatlığı, övladlarının tərbiyəsi naminə qurban verən evdar qadınları şərəfləndirmək üçün xüsusi bir tarix təsis edilib.

Yeri gəlmişkən, mütəxəssislər paltar yumaq və ütüləmək üçün ildə ən azı 200 saat, döşəmələri silmək üçün isə daha 70 saat vaxt sərf olunduğunu söyləyirlər. Evdar qadın həmçinin ildə təxminən 5 ton qab yuyur.

Bəs görəsən dünyada nə qədər evdar qadın var?
 

Bununla bağlı rəsmi statistik hesablama aparılmayıb. Amma mövcud beynəlxalq məlumatlara görə təxmini mənzərə belədir: dünyada təqribən 1,3-1,5 milyard qadın əmək qabiliyyətli yaşdadır. Onların böyük hissəsi rəsmi işdə deyil, yaxud işsizdir. Bəzi regionlarda (Cənubi Asiya, Yaxın Şərq, Şimali Afrika) bu göstərici daha yüksəkdir. Amma könüllü olaraq işdən imtina edənlərin sayı təxminən 600 milyondan artıqdır.


Azərbaycanda “evdar qadın” anlayışı ən çox sevilən ifadələrdəndir. Xüsusən də əks cins və yaşlı nəsil üçün “evdar qadınlar” daha əlverişlidir. Amma əhalinin yarısını təşkil edən 5 milyon qadının təxminən 2.4 milyonu işləyən (məşğul) qadınlardır. Rəsmi statistikaya görə iqtisadi cəhətdən qeyri-fəal qadınların bir hissəsi ev işləri, uşaq baxımı və ailə qayğısı ilə məşğul olan “evdar” qadınlar kimi qeyd olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin