Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - FOTO-VİDEO

Hazırda oxunan: Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - FOTO-VİDEO

617715

Oğuzda irigövdəli ağacın aşması nəticəsində magistral yolda hərəkət müvəqqəti məhdudlaşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

Güclü külək və yağış nəticəsində irigövdəli ağac magistral yola aşıb. Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb.

Aidiyyəti qurumların əməkdaşları dərhal əraziyə cəlb olunub. Ağac doğranaraq qalıqları yoldan təmizləndikdən sonra nəqliyyatın hərəkəti yenidən bərpa edilib.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin