Lənkəranda qaz xəttində QƏZA: 4 yaşayış məntəqəsinə qazın verilişi kəsildi

Hazırda oxunan: Lənkəranda qaz xəttində QƏZA: 4 yaşayış məntəqəsinə qazın verilişi kəsildi

617523

Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib.

Bu barədə Bizim.Media-ya Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin