Siyəzən sakinlərinə ŞAD XƏBƏR – VİDEO

Hazırda oxunan: Siyəzən sakinlərinə ŞAD XƏBƏR – VİDEO

617219

Bir neçə gün əvvəl Siyəzən rayonunda sel suları nəticəsində dağılan beton körpünün bərpasına başlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hazırda körpüdə bərpa işləri sürətlə davam etdirilir.

İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Siyəzəndə fəaliyyət göstərən 2 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən aparılır.
 

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Balaca Həmyə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rahib Məmmədovun Bizim.Media-ya verdiyi məlumata görə, körpünün yenidən qurulması işlərinin bir həftə ərzində başa çatdırılması nəzərdə tutulur.


Xatırladaq ki, mayın 30-da güclü yağışların yaratdığı sel Siyəzən şəhəri ilə Balaca Həmyə kəndini birləşdirən körpünün dayaqlarını yuyaraq onun uçmasına səbəb olmuşdu.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin