“Biz bir saniyədə milyonlarla datanı analiz etməliyik. Bu səbəbdən süni intellekti tətbiq etmək məcburiyyətilə qarşılaşmışıq”.
Bizim.Media xəbər verir ki, bunu "Azercell Telekom" MMC-nin Kibertəhlükəsizlik Şöbəsinin rəhbəri Mais Şərifli Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində "Kibertəhlükəsizlik 2.0: süni intellekt erasında ekosistemin transformasiyasi” mövzusundakı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, süni intellektdən istifadədə əsas məqsəd insan səhvlərinin azaldılmasıdır:
"Dəqiqlik - bu gün də belədir, gələcəkdə də belə olacaq. İkinci əldə etdiyimiz nəticə isə onun 24/7 çalışmasıdır. Süni intellekt xəstələnmir, məzuniyyətə çıxmır, ezamiyyətdə olmur, istənilən zaman istənilən suallara cavab verə bilir və bu, texnologiya sahəsində çalışan hər bir adam üçün, hər bir şirkət üçün əsas vacib amillərdən biridir. Üçüncü isə sürətlənmədir ki, süni intellekt sayəsində təxminən, 40 dəfə sürətlənmə əldə edilib".
Mais Şərifli süni intellekt tətbiqinin məqsədinin işçi sayını azaltmaq olmadığını əlavə edib:
“Süni intellekt texnologiyalarından insanı əvəz etmək üçün istifadə etmirik, daha güclü etmək üçün istifadə edirik. Yəni məqsəd insan, işçi sayını azaltmaq deyil. Çünki kibertəhlükəsizliyin gələcəyi nə təkbaşına insandan, nə də təkbaşına maşından asılıdır. Gələcək bu ikisinin düzgün sinerjisindədir".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:53 / 04.06.2026
Mais Şərifli: “Süni intellektin tətbiqində məqsəd işçi sayını azaltmaq deyil"
Hazırda oxunan: Mais Şərifli: “Süni intellektin tətbiqində məqsəd işçi sayını azaltmaq deyil"
Hazırda oxunan: Mais Şərifli: “Süni intellektin tətbiqində məqsəd işçi sayını azaltmaq deyil"
617203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































