Sükan arxasında yuxulayan sürücü ağır qəza TÖRƏTDİ – Ölən var – VİDEO

Hazırda oxunan: Sükan arxasında yuxulayan sürücü ağır qəza TÖRƏTDİ – Ölən var – VİDEO

616923

İyunun 2-si saat 23 radələrində, Ələt-Astara avtomobil yolunun 90-cı kilometrində, Xırmandalı kəndinin ərazisində Aləddin Babayevin idarə etdiyi “Ford Transit” markalı avtomobil qarşıda gedən Kəramət Ağayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

DİN-dən həmçinin bildirilib ki, eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin bu şəkildə toqquşması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir:

“Sözügedən yol-nəqliyyat hadisəsində də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin