Qəzada yaralanan 24 yaşlı Şahin vəfat etdi

Hazırda oxunan: Qəzada yaralanan 24 yaşlı Şahin vəfat etdi

616889

Naxçıvanda baş verən qəzada yaralananlardan daha biri xəstəxanada ölüb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, mayın 23-ü Naxçıvan-Ordubad magistralının Babək rayonu Çeşməbasar kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində yaralanan 24 yaşlı Vəliyev Şahin Elxan oğlu bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, qəza zamanı 6 nəfər yaralanıb. Onlardan 22 yaşlı Əlizadə Nail İlham oğlu qəzadan 3 gün sonra xəstəxanada ölüb.

O, NDU-nun nəzdində Naxçıvan Musiqi Kollecinin tələbəsi idi.

Yaralanan digər 4 nəfər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin