Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır.
Bizim.Media xəbər verir ki, "Xəzər" TV-yə müraciət edən Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib. Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb.
Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur.
Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər.
Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb.
"Suraxanıbazar" ASC-nin nümayəndəsi isə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı.
Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:54 / 31.05.2026
Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
Hazırda oxunan: Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
Hazırda oxunan: Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
616376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































