Göygöldə ağır qəza: 3 yaralı var - FOTO

Hazırda oxunan: Göygöldə ağır qəza: 3 yaralı var - FOTO

616329

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində, Quşqara kəndində baş verib. Hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq maneəyə çırpılıb və aşıb.
 

Qəza zamanı sürücü, 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev, avtomobildə olan 2005-ci il təvəllüdlü xanım sərnişin və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.


Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin