Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.
Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:15 / 29.05.2026
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi – FOTO
Hazırda oxunan: Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi – FOTO
Hazırda oxunan: Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi – FOTO
616096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































