2026-cı ildə Həcc ziyarəti üçün Məkkəyə gedən azərbaycanlı zəvvarların sayı 1150 nəfərdir.
Bizim.Media xəbər verir ki, Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra verdiyi açıqlamada isə azərbaycanlı zəvvarların artıq Mina və Ərəfat dağlarını ziyarət etdiyini, hacı adını aldıqlarını bildirib.
"Bu gün hacılar qurbanlarını kəsəcəklər", o bildirib.
Xatırladaq ki, 2026-cı il Həcc ziyarəti üçün bir nəfərlik paketin qiyməti 6100 ABŞ dolları, yəni təxminən 10 388 manat müəyyən edilib. Paketə uçuş, yerləşmə, nəqliyyat və ziyarət xidmətləri daxil olub.
Bizim.Media







































































































