Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza rayonun Xətai küçəsi ilə A. Azərtürk küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Masallı sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən kiçik tutumlu “Ford” yük maşınının qarşısına çıxıb.
Nəqliyyat vasitələrinin toqquşmasından sonra “06” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin ön hissəsi ciddi şəkildə deformasiyaya uğrayıb.
Qəza zamanı avtomobildə olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media




































































































