Bakıda dəniz sahilində əməliyyat - Narkotik satan şəxs tutuldu – FOTO

Hazırda oxunan: Bakıda dəniz sahilində əməliyyat - Narkotik satan şəxs tutuldu – FOTO

615454

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, İdarəyə Xəzər dənizinin Qaradağ rayonu ərazisində yerləşən sahilində naməlum şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.
 

Həyata keçirilən tədbirlərlə 48 yaşlı Ayaz Əsədov su polisləri tərəfindən saxlanıb. Onda marixuana, heroin, psixotrop maddə olan metamfetamin və narkotiklərin qəbulu üçün nəzərdə tutulan digər ləvazimatlar aşkarlanıb.


Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin