Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO

Hazırda oxunan: Goranboyda intensiv yağışların törətdiyi FƏSADLAR – FOTO

615211

Artıq iki gündür qərb bölgəsində davam edən intensiv yağışlar bir çox rayonlarda ciddi fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə ən çox ziyan görən ərazilərdən biri də Goranboy rayonudur.
 

Yağan intensiv yağışlar nəticəsində Gorançay və Kürəkçay çaylarında suyun səviyyəsinin artması səbəbindən Goranboy rayonunun Veyisli, Qazançı və Goranlı kəndlərində əkin sahələrinə az miqdarda sel suları daxil olub.


Yaranan vəziyyətlə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə müvafiq texnikalar cəlb edilərək sel sularının kəndlərə dolmasının və təsərrüfatlara ziyan vurmasının qarşısının alınması istiqamətində zəruri işlər həyata keçirilir.

Qurumdan bildirilib ki, hazırda vəziyyət tam nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən ərazidə zəruri tədbirlər davam etdirilir.

Leysan yağışlar nəticəsində rayona və təsərrüfatlara dəyən zərər hələlik məlum deyil.










Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin