Bərdədə ağır qəza: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Bərdədə ağır qəza: 1 ölü, 1 yaralı var

615064

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin