Almaniyada iş və təhsil adı ilə DƏLƏDUZLUQ: Azərbaycanlılar necə aldadılıblar? - VİDEO

Hazırda oxunan: Almaniyada iş və təhsil adı ilə DƏLƏDUZLUQ: Azərbaycanlılar necə aldadılıblar? - VİDEO

614898

Yüksəkmaaşlı iş imkanı, eyni zamanda təhsil və viza dəstəyi... İlk baxışda diqqəti çəkən bu elanlar sonradan çox insanı peşman edir. Bu dəfə isə bənzər iddialar "Alman klubu" adlı sosial şəbəkə hesabı ilə bağlı səslənib.

Bizim.Media xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən Sənan Mustafazadə Almaniyada iş və təhsillə bağlı ondan külli miqdarda pul alındığını amma vəd olunan xidmətin göstərilmədiyini bildirib.

"Bizə Almaniyada çörək və şirniyyat sahəsi üzrə üçillik peşə təhsili təklif etdilər. Onlayn fəaliyyət göstərdiklərini və fiziki ünvanlarının olmadığını bildirdilər. Mən və yoldaşım üçün 3 600 AZN ödədik. Bir neçə ay keçdi və bizə "WhatsApp" üzərindən müqavilə göndərdilər.

Müqavilədə göstərilən ixtisas qəssab idi. Bir qadın üçün qəssab işi tapıblar. Halbuki razılaşmamız belə deyildi. Bizə yalan vədlər verilib, icazəmiz olmadan istəmədiyimiz sahə üzrə müraciət edib, qəbul alıblar. Bizi hədələdilər ki, qalan ödənişi edin, yoxsa sizi məhkəməyə verəcəyik", - deyə şikayətçi bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin