Bakı-Tbilisi-Bakı qatarı onlar üçün PULSUZ olacaq – ADY-dən GÜZƏŞTLƏR

Hazırda oxunan: Bakı-Tbilisi-Bakı qatarı onlar üçün PULSUZ olacaq – ADY-dən GÜZƏŞTLƏR

614848

"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.

Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.

Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.

Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin