Anaklaudia Rossbax Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Anaklaudia Rossbax Azərbaycana TƏŞƏKKÜR ETDİ

614774

"Azərbaycan Respublikasına Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını çox möhtəşəm qonaqpərvərlik şəraitində keçirdiyi üçün təşəkkür edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Ümumdünya şəhərsalma Forumunun (WUF13) rəsmi bağlanış mətbuat konfransında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.
 

"Sizin inamınız bu forumu daha qlobal səviyyəyə gətirdi. Foruma 57 mindən çox iştirakçı qatıldı, onların bir çoxu onlayn formatda tədbirlərə qoşuldular. İştirakçıların 55 %-i qadınlardır. Həmçinin, forum ərzində 11 dövlət başçısını, 88 naziri qarşıladıq. Mən "Bakı fəaliyyətə çağırır" çağırışını çox təqdirəlayiq hesab edirəm".


Rəsmi nümayəndə qeyd edib ki, forum ərzində milyardlarla insanın yaşayış yerinə ehtiyacı olduğu, maliyyə problemləri və s. kimi önəmli problemlər müzakirə edilib.

""Bakı Fəaliyyətə çağırır" açar nöqtə olaacaq. Biz burada aydın şəkildə gördük ki, problemlərin həll yolları mövcuddur".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin