WUF13: "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" müzakirə olundu – FOTO

Hazırda oxunan: WUF13: "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" müzakirə olundu – FOTO

614635

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" mövzusunda panel müzakirəsi təşkil edilib.

Bizim.Media xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşəbbüsü ilə keçirilib.

Tədbirdə Milli Məclisin üzvləri, xarici ölkələrdən foruma qatılan iştirakçılar, qeyri-hökumət təşkilatlarının, həmçinin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhərsalma mədəniyyəti, Azərbaycanın şəhərsalma tarixi və müasir şəhərsalma nümunəsinin dünyaya örnək olması, dayanıqlı, təhlükəsiz şəhər məsələləri müzakirə olunub.
 

Panel müzakirəsində Azərbaycanın paytaxtı Bakı dünyanın bir çox turizm şəhərləri ilə müqayisə edilərək, tarixi, mədəniyyəti, ekoloji təmizliyi baxımından geri qalmadığı qeyd edilib.


Azərbaycanın şəhərsalma mədəniyyəti, xüsusilə, son dövrlər işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan insan yönümlü şəhərlərin nümunə olacağı vurğulanıb.

Paneldə çıxış edən deputat Elçin Mirzəbəyli bildirib ki, şəhərlər həm də azad ruhu ifadə edir:

"Şəhərlər təkcə binalar deyil, həm də dəyər daşıyıcılarıdır, mədəniyyət formalaşdırırlar. Dəyərlər üzərində müasir şəhər elementlərinin inkişafına xüsusi önəm verilməlidir".
 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov qeyd edib ki, şəhərsalmada, memarlıqda bizim Avropadan, eyni zamanda, Avropanın da Azərbaycandan öyrənəcəyi bəzi təcrübələr var.


Bundan başqa, müzakirədə iştirak edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Manşet.az" saytının rəhbəri Əli Vəliyev, Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli, "Azxeber.com" saytının direktoru Əfsələddin Ağalarov çıxış edərək forumun şəhərsalma məsələlərindəki çətinliklərin birgə həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

























Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin