Peşə xəstəliyi və zədələrin qiymətləndirilməsi qaydası DƏYİŞDİ

Hazırda oxunan: Peşə xəstəliyi və zədələrin qiymətləndirilməsi qaydası DƏYİŞDİ

614633

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirəcək.

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi sığortalı və ya sığortaçının nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Əmək və məşğulluq" altsistemi, sığorta olunanın isə "e-sosial" internet portalında olan şəxsi kabineti vasitəsilə müraciəti və ya məhkəmə qərarı ilə "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na uyğun olaraq verilmiş göndəriş əsasında olacaq.
 

Agentlik MEİS-in "Əlillik" altsisteminə göndərişin daxil olduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə altsistem üzərindən sığorta olunana, sığortalı və ya sığortaçıya məlumat göndərəcək.


Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanların peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi onların unikal kodları göstərilməklə rəsmiləşdirilən və sığortalı tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) Agentliyə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında həyata keçiriləcək.

Agentlik sənədlərin təqdim olunduğu tarixdən 10 iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə məlumatı kağız daşıyıcıda sığortalıya göndərəcək.

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirməni isə Agentliyin Tibbi-sosial ekspert komissiyası həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin