WUF13 çərçivəsində Polşadan gələn nümayəndə heyəti Lənkərana səfər edib - FOTO

Hazırda oxunan: WUF13 çərçivəsində Polşadan gələn nümayəndə heyəti Lənkərana səfər edib - FOTO

614416

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycanda olan Polşa nümayəndələri mayın 20-də Lənkəran rayonuna səfər ediblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər zamanı qonaqlar bölgənin turizm potensialı ilə yerində tanış olub, çay plantasiyalarına baş çəkib, həmçinin Lənkəranın tarixi abidələri və görməli yerlərini ziyarət ediblər.

Onlara rayonun təbii-coğrafi xüsusiyyətləri, turizm imkanları və mədəni irsi barədə geniş məlumat təqdim olunub.
 

Polşa–Azərbaycan Assosiasiyasının nümayəndəsi Aleksandra Tomaşevska və Lüblin şəhər meriyasının Strategiya və investorlarla əlaqələr departamentinin direktoru Mariusz Saqan iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayıblar.


Qonaqlar Lənkəranın sosial-iqtisadi inkişafı, tarixi və yerləşdiyi region barədə dolğun məlumat aldıqlarını bildirərək, səfər təəssüratlarını gələcəkdə öz ölkələrində bölüşəcəklərini qeyd ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin