Şəhərsalmada yeni yanaşmalar: WUF13-də inklüzivliklə bağlı müzakirələr aparıldı – FOTO

Hazırda oxunan: Şəhərsalmada yeni yanaşmalar: WUF13-də inklüzivliklə bağlı müzakirələr aparıldı – FOTO

614414

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "İnklüziv şəhərlər: şəhərsalmada inklüzivliyin təmin edilməsində BMT alətlərindən istifadə" adlı panel müzakirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, müzakirə İnformasiya və Sosial Təşəbbüslərə Yardım İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.

Tədbirin əsas məqsədi vətəndaşların şəhərsalmada iştirakının təmin olunması məsələsidir.

Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Pərvanə Vəliyeva iştirak ediblər.
 

Tədbirdə, həmçinin, BMT -nin şəhərlərin aşağıdan yuxarıya salınması təşəbbüsünun ölkəmizdə necə həyata keçirilməsi məsələsi müzakirə olunub.


Paneldə ictimai müzakirə təcrübəsinin genişləndirilməsi, qanunvericilikdə şəhərsalma və ərazi planlaşdırılması fəaliyyəti ilə bağlı məsuliyyətin müəyyən edilməsi, vahid rəqəmsal platformanın yaradılması, tədqiqatların keçirilməsi, həmçinin , kəndlərin planlaşdırılmasının həyata keçirilməsi təklif edilib.

Tədbirdə Maliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Eyyub Kərimli çıxış edərək dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığı, dövlət orqanlarının ictimai məsləhətləşmədən necə yararlanması barədə danışıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı çıxışında təhlükəsizliklə bağlı məqamları diqqətə çatdırıb.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin