“Şəhərsalmada beynəlxalq təcrübədən yararlanmalıyıq” - Cəsarət Hüseynzadə

Hazırda oxunan: “Şəhərsalmada beynəlxalq təcrübədən yararlanmalıyıq” - Cəsarət Hüseynzadə

614388

Dünyada son zamanlar şəhərsalmaya xüsusi diqqət ayrılıb. Xüsusilə, inklüziv şəhərlərin qurulması prioritet sahədir. Azərbaycan da bu sahədə öz uğurları ilə seçilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Bizim.Media-ya açıqlamasında İnformasiya və Sosial Təşəbbüsləra Yardım İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "İnklüziv şəhərlər: şəhərsalmada inklüzivliyin təmin edilməsi BMT alətlərindən istifadə" adlı tədbir haqqında danışarkən deyib.
 

O bildirib ki, bugünkü tədbirdə dövlətin siyasəti ilə yanaşı beynəlxalq təcrübədən hansı nümunələri götürə biləcəyimizi, şəhərsalma və inklüziv şəhərlərin qurulması sahəsində hansı yeni mexanizmlərin tətbiq oluna biləcəyini müzakirə etdik:


"Vacib məsələlərdən biri də şəhərsalma prosesində vətəndaş iştirakının təmin olunmasıdır. İnsanlar yaşadıqları şəhərlərdə necə yaşamaq istədiklərini müəyyən mənada özləri seçməlidirlər. Bu isə o deməkdir ki, şəhərlərdə mövcud olan problemlər birbaşa vətəndaşların iştirakı və hökumətlə əməkdaşlığı çərçivəsində müəyyən edilməli və həll yolları hazırlanmalıdır".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin