Bakı Şəhərsalma Mükafatı təsis edildi – FOTO/VİDEO

Hazırda oxunan: Bakı Şəhərsalma Mükafatı təsis edildi – FOTO/VİDEO

614349

Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma Mükafatı: Qlobal Təsir üçün Mənzil Həllərinin Genişləndirilməsi” adlı tədbirdə məlumat verilib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax çıxış edərək bildirib ki, UN-Habitat üçün mükafatların mühüm əhəmiyyəti var:

"Mükafatlar bizə yüksək səviyyəli kuratorlar, ekspertlər və vətəndaş cəmiyyəti ilə birgə işləmək imkanı yaradır".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev çıxışında qeyd edib ki, "Bakı Şəhərsalma Mükafatı” müstəqil və beynəlxalq nüfuza malik münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.


 





Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin