Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar- “Su qiymətinə”

Hazırda oxunan: Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar- “Su qiymətinə”

613817

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, “Range Rover” və “BMW 740İ” markalı avtomobillər üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.

İcra məmuru əmlakı 25 faiz endirimlə dördüncü dəfə hərraca çıxaracaq. 

Əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min ucuzlaşaraq 42 minə, 23 minə təklif edilən “BMW” isə 5750 manat aşağı - 17250 manata düşüb.
 

V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız biri - “Bentley Continental GT”ya alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 min 500 endirimlə - 58 min 500 manata satılıb.


Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox idi-red) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, “BMW”ni həyat yoldaşı Cülyetta İbrahimova sürürdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin