Bakı sakini Böyük Qafqaz dağlarının Zaqatalada rayonu ərazisindən keçən hissəsində itkin düşüb.
Bizim.Media xəbər verir ki, əslən Zəngilan rayonu Veynəli kəndindən olan, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Ələsgər Əfrahim oglu Hüseynli mayın 15-də Zaqatala rayonu ərazisində yerləşən, yüksək dağlıq ərazi olan Honzoqor yaylağına qalxıb. Onun həmin ərazidə itkin düşdüyü bildirilir.
Bu gün səhər saatlarında Ə.Hüseynli Bakı şəhərində yaşayan atasına mobil telefon vasitəsi ilə yolunu azdığını yazıb. Daha sonra ona zəng çatmayıb.
Hadisə barədə polisə məlumat verilib.
Hazırda onun axtarışları davam etdirilir. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:40 / 17.05.2026
Zaqatala dağlarında gənc oğlan itkin düşdü
Hazırda oxunan: Zaqatala dağlarında gənc oğlan itkin düşdü
Hazırda oxunan: Zaqatala dağlarında gənc oğlan itkin düşdü
613782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































