Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Növbəti köç karvanları Cəbrayıl rayonunun Şükürbəyli və Xocalı rayonunun bir sıra kəndlərinə yola salınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə — 77 nəfər, Xocalı rayonunun Badara kəndinə 10 ailə — 33 nəfər, Təzəbinə kəndinə 10 ailə — 60 nəfər, Xanabad kəndinə 9 ailə — 33 nəfər, Ballıca kəndinə 4 ailə — 22 nəfər, Xanyurdu kəndinə 4 ailə — 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə — 13 nəfər köçürülüb.
Uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına qayıdaraq yeni həyata başlayıblar.
Sakinlər onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, Azərbaycan Ordusuna və şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə ediblər.


Bizim.Media, Qarabağ bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:13 / 16.05.2026
Cəbrayıl və Xocalıya növbəti köç – FOTO
Hazırda oxunan: Cəbrayıl və Xocalıya növbəti köç – FOTO
Hazırda oxunan: Cəbrayıl və Xocalıya növbəti köç – FOTO
613499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































