Bakının bu ərazisində evlər söküləcək –VİDEO

Hazırda oxunan: Bakının bu ərazisində evlər söküləcək –VİDEO

613450

Məlum olduğu kimi, vaxtilə kollektorun üzərində tikilmiş evlərin sökülməsi nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, paytaxtın Xətai rayonu NZS qəsəbəsində bir evin çökməsi ilə nəticələnən hadisədən sonra Əlincə və Rəşid Bağırov küçələrində araşdırmalar aparılıb.
 

Sakinlər deyirlər ki, həmin küçələrdə su kollektorunun üzərində olan 30-dan çox evin sökülməsi ilə bağlı bildiriş alıblar. Sakinlər bildirirlər ki, həmin evlər uzun illər əvvəl kollektorun üzərində tikilib. Hətta, bəziləri evi son illərdə aldıqlarını və bundan xəbərsiz olduqlarını deyirlər.


Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirilib ki, hazırda aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır və yekun qərar araşdırmanın nəticəsindən sonra məlum olacaq.

Daha ətraflı “Xəzər TV”nin videosüjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin