Respublika Fənn Müsabiqələrinin final mərhələsinə keçid balları açıqlandıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutuna çoxlu sayda müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir. Bu səbəbdən yarımfinal mərhələsinin nəticələrinə əsasən final mərhələsinə keçid balları da fənlər üzrə bəzən eyni olmur.
Keçid balları müəyyən edilərkən hər bir fənn üzrə:
- yarımfinal mərhələsində iştirak edən şagirdlərin say,
- iştirakçıların nəticələrinin ümumi statistik təhlili,
- tapşırıqların çətinlik səviyyəsi,
- final mərhələsi üçün nəzərdə tutulan iştirakçı sayı kimi meyarlar nəzərə alınır.
Bu yanaşma beynəlxalq və yerli qiymətləndirmə təcrübəsinə uyğun olaraq tətbiq edilir və məqsəd hər bir fənn üzrə ən yüksək nəticə göstərən iştirakçıların növbəti mərhələyə vəsiqə qazanmasını təmin etməkdir.
Qeyd olunub ki, fərqli fənlər üzrə keçid ballarının fərqli olması hər hansı üstünlük və ya ayrı-seçkilik deyil, müsabiqənin qiymətləndirmə mexanizminin və statistik nəticələrinin təbii göstəricisidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:17 / 16.05.2026
KEÇİD BALLARI belə müəyyən olunur - RƏSMİ
Hazırda oxunan: KEÇİD BALLARI belə müəyyən olunur - RƏSMİ
Hazırda oxunan: KEÇİD BALLARI belə müəyyən olunur - RƏSMİ
613432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































