Bir ay əvvəl itkin düşən Rahim Osmanovun meyiti TAPILDI – FOTO

Hazırda oxunan: Bir ay əvvəl itkin düşən Rahim Osmanovun meyiti TAPILDI – FOTO

613323

Su Nəqliyyatında Polis İdarəsi və DSX əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Xəzər dənizində meyit aşkar edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, meyit Neft Daşlarının yaxınlığında tapılıb.
 

Keçirilmiş tədbirlərlə müəyyən edilib ki, meyit 13 aprel tarixində batmış balıqçı qayığında itkin düşən Kürdəmir rayon sakini 2000-ci il təvəllüdlü Osmanov Rahim Ramiz oğluna məxsusdur. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən ay baş vermiş bədbəxt hadisə zamanı qayıqda olan digər balıqçının həyatı xilas edilmişdi.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin