Əli Məsimli seçicilərlə görüş keçirib - FOTO

Hazırda oxunan: Əli Məsimli seçicilərlə görüş keçirib - FOTO

611631

Millii Məclisin deputatı Əli Məsimli 2023-cü ilin mart ayının 11-də Şəki rayonunun Baqqal kəndində vətəndaş qəbulu və seçicilərlə görüş keçirmişdir.

Qəbul və görüşdə müxtəlif sosial qrupları təmsil edən şəxslər iştirak etmiş, onlar tərəfindən işədüzəlmə, pensiya təyinatı və əlillik dərəcəsi verilən zaman yaranan narazılıqlar, yerli sahibkarlara münasibətdə vergi güzəştlərinin dairəsinin genişləndirilməsi, güzəştli kreditlərin verilməsi, yol, su və qaz təchizatı, dağ kəndlərində yaşayan əhali üçün qaz limitinin ləğvi və ya artırılması məsələsi və s. kimi fərdi və ictimai xarakterli məsələlər qaldırılıb, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərlə bağlı müraciətlər edilib.

 

Qəbulda və görüşdə iştirak edən hər bir şəxsin problemi diqqətlə dinlənilib, bəziləri yerində həll edilib, digərlərinin həllinə nail olmaq məqsədilə mərkəzi və yerli icra strukturlarına və digər qrumlara rəsmi müraciətlər edilməsinə dair qərarlar verilib.

1040800

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin