Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Qəbələ şəhərində WUF13 Festivalında minlərlə yerli sakin və qonaq iştirak edib.
Bizim.Media xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyasında Mərkəzin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə çıxış edənlər WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş məlumat təqdim olunub, eyni zamanda Forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb. Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.
Festivalın axşam proqramı isə Qəbələ şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında davam etdirilib.
“WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Qəbələ sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, gecələrini mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu diqqətə çatdırıb.
Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:37 / 04.05.2026
WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO
Hazırda oxunan: WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO
Hazırda oxunan: WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO
611170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































