Aprel şəhidinin medalı ailəsinə təqdim edildi - FOTO

Hazırda oxunan: Aprel şəhidinin medalı ailəsinə təqdim edildi - FOTO

611157

Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Dədəkişiyev Cavid Gülbaba oğlunun ailəsinə igid döyüşçünün təltif olunduğu "Vətən uğrunda" medalı təqdim edilib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 

Şəhidin atası Gülbaba Dədəkişiyev oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.


Qeyd edək ki, şəhid 1988-ci il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub.

Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən Cavid elə həmin istiqamətdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin