İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

Hazırda oxunan: İsti suya görə ödəniş necə hesablanacaq? – Sayğacı olmayanlar üçün YENİ QAYDA

611129

Nazirlər Kabineti isti su sayğacı olmayan mənzillərdə və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması 2,5 m3 həcmində müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu, qurumun təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"nda öz əksini tapıb.

Qaydalara əsasən, istehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatına görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən,
 

- təbii inhisar subyekti qismində çıxış edən paylayıcı tərəfindən göstərilən istilik təchizatı ilə bağlı – İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə Tarif (qiymət) Şurası (2028-ci il iyulun 1-dən Tənzimləyici) tərəfindən bir kvadratmetr üzrə müəyyən edilmiş tariflərlə;


- digər paylayıcılar tərəfindən göstərilən istilik və isti su təchizatı ilə bağlı - istehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə;

- isti su təchizatı ilə bağlı – istehlakçının mənzilində və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin