Lənkəranda yaşayan yazıçı Şəfahət Şəfinin qələmə aldığı “Böyük Çinarın Övladları” adlı yeni kitab yaxın günlərdə oxuculara təqdim olunacaq.
Bizim.Media xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulan nəşr maarifləndirici və vətənpərvərlik ruhunda yazılıb.
Kitabda Azərbaycanın dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri, Vətən sevgisi və vətəndaşlıq anlayışı nağıl və mini pyeslər vasitəsilə uşaqların anlayacağı sadə və bədii dillə təqdim olunur.
Nəşrdə dövlət rəmzləri, ana dili, Vətən torpağı, şəhidlik anlayışı, həmçinin Şuşa, Qız qalası, Qobustan və Novruz kimi milli-mədəni dəyərlər bədii formada balaca oxuculara çatdırılır.
Müəllifin sözlərinə görə, kitabın əsas məqsədi uşaqlarda Vətənə sevgi, milli kimliyə bağlılıq, zəhmətkeşlik, xeyirxahlıq və cəmiyyətə faydalı vətəndaş olmaq kimi dəyərləri formalaşdırmaqdır.
Qeyd edək ki, Şəfahət Şəfinin “Böyük Çinarın Övladları” kitabı yaxın zamanda oxuculara təqdim ediləcək.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:07 / 02.05.2026
Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO
Hazırda oxunan: Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO
Hazırda oxunan: Şəfahət Şəfidən uşaq ədəbiyyatına YENİ TÖHFƏ - “Böyük Çinarın Övladları” nəşrə hazırlanır... - FOTO
610771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































