Bayraməli Bayramov vəfat etdi

Hazırda oxunan: Bayraməli Bayramov vəfat etdi

610665

Biləsuvarda 50 il həkim kimi çalışan Bayraməli Süleyman oğlu Bayramov vəfat edib.

Bizim.Media xəbər verir ki, uzun illər tibb sahəsində fəaliyyət göstərən və rayon sakinlərinin sağlamlığının keşiyində dayanan həkim ürəktutması nəticəsində dünyasını dəyişib.

Mərhum əmək fəaliyyəti dövründə doğma kənddə həkim məntəqəsinə rəhbərlik edib, son illərdə isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında çalışaraq yüzlərlə insana tibbi yardım göstərib.

70 yaşında vəfat edən təcrübəli həkim ömrünün təxminən 50 ilini səhiyyə sahəsinə və insanların sağlamlığının qorunmasına həsr edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin