Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

Hazırda oxunan: Razi Nurullayev: “Neçə vətəndaşın dövlət qurumlarına müraciəti müsbət nəticələnib?”

610557

“Bu gün biz daha çox rəqəmlərlə danışırıq. Dövlət orqanları daxil olan məktubların sayını təqdim edir, statistik göstəricilər önə çəkilir. Amma vətəndaşı maraqlandıran əsas məsələ məktubun sayı deyil, onun taleyidir. Neçə müraciət real həllini tapıb, neçə vətəndaşın problemi müsbət nəticələnib, hansı hallarda məsuliyyət bir qurumdan digərinə ötürülərək uzadılıb – məhz bu suallar cavabını tapmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü iclasında “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, əgər biz bütün prosesi vahid sistem üzərindən izləyə bilsək, artıq söhbət formal hesabatdan yox, real nəticədən gedəcək:
 

“Bu zaman hər bir dövlət orqanının fəaliyyəti konkret ölçülə biləcək, məsuliyyət dəqiq müəyyən olunacaq və heç kim müraciətin taleyindən kənarda qala bilməyəcək. Bu yanaşma həm də vətəndaş məmnunluğunu ölçmək üçün bizə real alət verəcək.


Əslində burada əsas dəyişiklik idarəetmə fəlsəfəsindədir. Biz sayın deyil, keyfiyyətin, prosesin deyil, nəticənin üstün olduğu bir sistem qurmalıyıq. Vahid platforma vasitəsilə müraciətlərin tam izlənməsi təmin olunsa, bu, həm şəffaflığı artıracaq, həm məsuliyyəti gücləndirəcək, həm də vətəndaşların dövlətə olan inamını daha da möhkəmləndirəcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin