MEDİA-nın İcraçı direktoru: “Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə istinad edir”

Hazırda oxunan: MEDİA-nın İcraçı direktoru: “Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə istinad edir”

610502

“2026-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu il 17-22 may tarixlərində isə Bakıda qlobal əhəmiyyətli möhtəşəm tədbir – Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumda çıxışı zamanı bildirib.

Əhməd İsmayılov qeyd edib ki, artıq Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub:
 

“Mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcək.  


Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə istinad edir. Əminik ki, mötəbər tədbir çərçivəsində ölkəmizə səfər edəcək xarici qonaqlarımızda Bakının və digər şəhərlərimizin timsalında milli memarlığımız və şəhərsalma ənənələrimiz barədə dolğun təəssürat yaranacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin