Hüseynlə Almaxanım arasında QALMAQAL: “Hər mövzuya baş qoşmaq məcburiyyətində deyilsən” - FOTO/VİDEO

Hazırda oxunan: Hüseynlə Almaxanım arasında QALMAQAL: “Hər mövzuya baş qoşmaq məcburiyyətində deyilsən” - FOTO/VİDEO

609728

Müğənni Almaxanım Əhmədli dayısı İzzət Bağırovla bağlı müzakirəli fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, Almaxanım “Pərvizə görə” verilişində dayısının dəstəyinə ehtiyacının olmadığını, hətta İzzətə fəaliyyətinin ilk dövrlərində atası Vüqar Əhmədin dəstək olduğunu deyib.

Bundan sonra klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu instaqramda İzzəti müdafiə edib:

“Almaxanım, əziz dostum! Sən həqiqətən də sənətkarsan. Səni hələ heç kim tanımırdı, amma mənim yaxşı yadımdadır - Yaşıl Teatrda İzzətin konserti olanda, mən də orada musiqi rəhbəri idim. O vaxt səni böyük tamaşaçı qarşısına məhz İzzət çıxarmışdı. Yəqin ki, unutmamısan?”.

Almaxanım isə klarnet ifaçısına bu cavabı verib:

“Hüseyn, əziz dostum, Vüqar Əhmədin dayıma dəstək olmağını mən deməmişdən əvvəl dayım özü efirdə öz dilindən dəfələrlə səsləndirib. Özündən soruşsan, o da təsdiqləyər. Söhbət AzTV illərindən gedir. Yaxşı olar ki, bilmədiyin mövzulara qarışmayasan.

Yaşıl Teatrdakı konsert mövzusuna gəlsək, o konsert efirə gedəndə mənim ifam kəsilib. Bu sadəcə bir müsahibədir. Hər mövzuya baş qoşmaq məcburiyyətində deyilsən. Hər mövzuda özünə PR qazanmaq lazım deyil. Hərə öz işiylə məşğul olsa, daha yaxşı olar”.






Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin