Soyuducuda qatıq mayalamaq olar?

Hazırda oxunan: Soyuducuda qatıq mayalamaq olar?

609638

Soyuq fermentasiya üsulu südün temperaturunu qoruyaraq mayalanmanın daha yavaş və nəzarətli şəkildə getməsini təmin edir. Bu, qatığın sulanma ehtimalını minimuma endirir və ona peşəkar dükan məhsullarını geridə qoyan bir bərklik verir.

Bizim.Media xəbər verir ki, qatığın bərk olması üçün ilk şərt südün tərkibindəki artıq suyu yox etməkdir.
 

Çiy südü qaynadarkən ən az 10 dəqiqə ərzində kəfkirlə havaya sovuraraq (havalandıraraq) qaynadın. Bu proses südün özünü qatılaşdırır və mayalanma sonrası daha sıx bir tekstura yaradır.


Soyuducuda mayalanma prosesinin uğurlu başlaması üçün südün temperaturu çox vacibdir.

Südün 45-47°C dərəcə olduğundan əmin olun. Bu dərəcə mayanın aktivləşməsi üçün lazımdır. Südü tökəcəyiniz bankaların ilıq olması məsləhətdir ki, süd temperaturunu qəfil itirməsin. Soyuducunun soyuq mühitində mayalanmanın davam etməsi üçün süd temperaturunu birdən-birə deyil, çox yavaş itirməlidir.

Mayaladığınız bankaları plastik və ya taxta bir qabın içinə yerləşdirin və ətrafını qalın bir parça ilə möhkəm sarın. Taxta və plastik istiliyi gec ötürdüyü üçün fermentasiya soyuducunun daxilində çox zərif bir şəkildə davam edəcək.

Bu şəkildə bükülmüş bankaları soyuducuya qoyun.

Yavaş gedən fermentasiya prosesi qatığın dadını daha yumşaq və şirin saxlayır. Bu üsulla hazırlanan qatıqların üstünlükləri bunlardır:

Qaşığı daldırdıqda qəlib kimi çıxan bir qatıq əldə edirsiniz.

Ənənəvi qatıqlardan fərqli olaraq, soyuducuda mayalanan qatıq günlərlə öz təravətini saxlayır və tez turşumur. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin