Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:35 / 21.04.2026
Əvvəllər işlədiyi şirkətdən 25 minlik oğurluq edən şəxs SAXLANILDI
Hazırda oxunan: Əvvəllər işlədiyi şirkətdən 25 minlik oğurluq edən şəxs SAXLANILDI
Hazırda oxunan: Əvvəllər işlədiyi şirkətdən 25 minlik oğurluq edən şəxs SAXLANILDI
608440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































