Ələt-Astara yolunun Cəlilabaddan keçən hissəsində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib.
Bizim.Media Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aprelin 19-da saat 10:07 radələrində qeydə alınıb.
Bildirilib ki, 15-BL-502 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq bu vəziyyətdə hərəkətini davam etdirib.
Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb. Şikayətçinin sözlərinə görə, o, son anda sağa manevr edərək baş verə biləcək ağır yol-nəqliyyat hadisəsinin qarşısını alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Yol Patrul Xidməti alayının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində sürücünün Cəlilabad rayonu Şıxlar kənd sakini Mənsimov Natiq Davud oğlu olduğu müəyyən edilib və o saxlanılıb.
Nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq sürücü barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:38 / 21.04.2026
Magistralda “protiv” gedirdi, saxlanıldı – VİDEO
Hazırda oxunan: Magistralda “protiv” gedirdi, saxlanıldı – VİDEO
Hazırda oxunan: Magistralda “protiv” gedirdi, saxlanıldı – VİDEO
608377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































