Ağdam rayonunda bədbəxt hadisə nəticəsində gənc oğlan həyatını itirib.
Bizim.media-nın xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq nəticəsində traktora qoşulmuş torpaq əzən texnikanın işə düşməsi səbəbindən ağır xəsarətlər alıb.
Aldığı xəsarətlər nəticəsində Hikmət Mahmudlu hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.
Bizim.Media









































































































