Ev tikmək istəyənlər üçün vacib XƏBƏR - İcazə lazımdırmı?

Hazırda oxunan: Ev tikmək istəyənlər üçün vacib XƏBƏR - İcazə lazımdırmı?

607892

Qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycanda 400-500 minə yaxın sənədsiz və ya sənədləşdirilməsi çətin olan fərdi yaşayış evi mövcuddur.

Bizim.Media xəbər verir ki, bu vəziyyət fərdi evlərin qanunvericiliyə uyğun qaydada inşa olunması məsələsini daha da аktual edir. Çünki bir çox vətəndaş tikinti zamanı hansı qaydalara əməl edilməli olduğunu dəqiq bilmir.

Qanuni şəkildə necə ev tikmək olar?

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirir ki, hündürlüyü 12 metrə qədər olan fərdi yaşayış evlərinin tikintisi üçün ayrıca icazə almaq tələb olunmur:
 

“Bunun üçün vətəndaşlar layihə və smeta bürolarına müraciət etməli, torpaq sahəsinə dair sənədləri təqdim etməlidirlər”.


Ekspertin sözlərinə görə, müvafiq normalara uyğun eskiz layihə hazırlanır və aidiyyəti qurumlar tərəfindən təsdiqləndikdən sonra tikinti işlərinə başlamaq mümkündür. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin