"Plastic Soup Foundation" tərəfindən maliyyələşdirilən, Amsterdam mərkəzli bir hesabat mikroplastiklərin nə qədər geniş yayıldığını ortaya qoyub.
Bizim.Media "Sabah" a istinadla xəbər verir ki, araşdırma insan bədənini birbaşa təhdid edən tekstil boyalarından mətbəx ləvazimatlarına, uşaq oyuncaqlarından şəxsi gigiyena məhsullarına qədər bir çox məhsul mikroplastiklərin orqanizmə sızmasına səbəb olduğunu ortaya qoyub.
Bu kiçik plastik hissəciklərin qan dövranına qarışaraq toxumalarda toplandığı müəyyən edilib. Xüsusilə körpələrin məruz qaldığı plastik yükünün böyüklərlə müqayisədə daha yüksək olması ciddi narahatlıq doğurur.
Mütəxəssislər gündəlik həyatda plastik istifadəsinin azaldılmasını və istehsal proseslərində daha sərt nəzarət mexanizmlərinin tətbiq olunmasını tövsiyə edirlər.
Bizim.Media



































































































