Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Hazırda oxunan: Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

607767

Gəncədə məktəblini qətlə yetirməkdə ittiham edilən Rihat Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Cəfərov 10 il müddətində azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli tanışı R.Cəfərov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Xatırladaq ki, mərhum Vaqif Rəfibəylinin atası uzun illər ədliyyə sistemində çalışmış polkovnik-leytenant Rövşən Rəfibəylidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin