Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Hazırda oxunan: Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

607725

Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonunda səfərdə olub.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub, məktəbdə yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, dərs mühiti, müəllim və şagirdlərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərlə maraq dairələri və gələcək planları barədə söhbət aparmışdır.

Həmçinin, məktəbdə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib.

Nazir həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində məktəbdə görülən işlər barədə məlumat alıb, müəllim kollektivi ilə görüşərək tədrisin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıb, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.
 

Vətəndaş qəbulundan əvvəl nazir Emin Əmrullayev və rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.


Daha sonra Qusar Rayon Heydər Əliyev Mərkəzində elm və təhsil naziri Emin Əmrullayevin vətəndaş qəbulu keçirilib.

Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.


































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin