Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hazırda oxunan: Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

607721

Bu ilin I rübündə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 834,4 milyon manat təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 faiz artıb.

Belə ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 944,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin